23 Mart 18:31
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vəfa Şərifova səhhətində yaranan problemdən danışıb.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri deyib:

"Məndən narahat olanlar, şükür Allaha hər şey yaxşıdır. Bu günə qədər sağlığımla bağlı böyük problem yaşamamışam. Düzdür, ikinci dəfə bu vəziyyətə düşdüm. Arıqlama dərmanı istifadə edirdim, elə bildim ki, ondandır. Amma uzun müddətdir ki, o dərmandan istifadə etmirəm və bu vəziyyəti yenidən yaşadım. İnşallah ki, hər şeyin xeyirlisi...Əsas can sağlığıdır, canımız sağ olsun. Ölüm xəbərimi yayanlar, ölməmişəm, sağam. O qədər ölüm xəbərimi yayırsınız ki, öləndə də heç kim inanmayacaq, bu qız öldü!".

Qeyd edək ki, mətbuatda ötən gün Vəfa Şərifovanın xəstəxanaya yerləşdirilməsi haqqında xəbər yayılmışdı.


Müəllif: Teleqraf.com