30 Mart 16:38
5 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Günay Baxşəliyeva ATV kanalında "Günaylı gün" adlı yeni verilişə aparıcılıq edəcək.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində məlumat verib:

“Növbəti bir layihəyə imza atırıq. "Günaylı gün" verilişi ardınca isə “Bizimləsən” verilişi yayımlanacaq. "Bizimləsən", "Zaurla Günaydın” və həftənin bazar ertəsindən etibarən Günay xanımın gündəlik proqramı başlayır, “Günaylı gün”. Günləriniz Günaylı olacaq. Həftəiçi hər gün yayımlanacaq. Çox maraqlıdır. Söyləmək istəmirəm içərisində nələr olacaq. Verilişə baxan zaman gedişatda görəcəksiniz. Allahın köməkliyi ilə başlayırıq. Biz də illərin peşəkar, təcrübəsi olan televiziya işçisi olaraq növbəti bir layihəyə də imza atırıq. İnşallah "Günaylı gün" ardından da “Bizimləsən” verilişi olacaq".

Qeyd edək ki, "Günaylı gün" həftəiçi beş gün saat 15:00-da ATV-də yayımlanacaq.


Müəllif: Rəqsanə Həsənova