3 Aprel 13:54
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bir neçə gün öncə yenidən evlənəcəyini açıqlamışdı.

Teleqraf.com xəbər verir ki, iki dəfə rəsmi nikahda olan məşhur müğənni İnstaqramda hekayə bölümündə paylaşım edərək evlilik haqqındakı xəbərləri yalanlayıb: "Dostlar, paylaşım etdiyim günü aprelin 1-i idi. Amma mən həqiqətən evləndim. İzmirdə özümə yeni ev aldım, yəni evləndim. Zarafatdan heç anlamırsınız. İbrahim Tatlısəs evlənirsə, fikrini iki cümlə ilə ifadə edər?!".

Qeyd edək ki, müğənni sosial media hesabında "Seçkidə uduzdum, evlənirəm. Eşitməyən qalmasın. Bütün subaylara salam olsun, evlənirəm", - deyə vurğulamışdı.


Müəllif: Rəqsanə Həsənova