15 Aprel 16:52
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl bir şəxs tərəfindən təqib olunduğunu deyən müğənni Nura Suri həqiqəti etiraf edib.

Teleqraf.com xəbər verir ki, Nura Suri "İncə səhər" verilişində bu addımı yeni çəkilən klipinin piarı üçün etdiyini açıqlayıb:

"Çox adam mənə inandı. Səidə Sultan zəng edib soruşur ki, ay bacı, nə olub? Ona cavab da verə bilmirdim. Dedim, yanında kim var? Cavab verdi ki, Camal... Ona Camal gedəndən sonra zəng etməsini dedim. Utandım, ona necə deyim ki, bu piardır. Xarici müğənnilər bir layihəni təqdim etməzdən və hansısa verilişə getməzdən əvvəl belə bir "promo" video çəkirlər və paylaşırlar. Onlarda daha peşəkar çəkilir. Düşündüm ki, videonu peşəkar səviyyədə çəksəm, insanlar başa düşəcəklər, telefonla özüm çəkim. Bu ideyanı bizə Cabir Əliyev verdi. Bir gündə aləm bir-birinə dəydi".


Müəllif: Rəqsanə Həsənova