24 May 23:45
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov itkin düşüb.

Teleqraf. com xəbər verir ki, bu haqda “Səni axtarıram” verilişində Orxan Nadirovun anası Lalə xanım məlumat verib: "Biz Orxanla bərabər yaşayırdıq. Pandemiyada Ukraynaya getdi Sonra Bakıya gəldi. Keçən ilin iyununda Türkiyəyə getdi. Mənimlə avqustun sonlarında telefonla danışanda dedi ki, Moskvaya gedir. Bir az tərəddüd etdim ki, Moskvada vəziyyət yaxşı deyil, sən Ukraynada olmusan. Oraya getməsini istəmirdim. Nə isə getdi. Bir ay hər gün mütəmadi olaraq görüntülü telefonla danışdıq. Sonuncu dəfə sentyabrın 22-də danışmışıq. Mənə dedi ki, sabah təyyarə ilə Türkiyəyə uçur, bileti də var idi. Ondan sonra isə heç bir xəbər yoxdur".

Lalə xanım Orxan Nadirovun İlhamə Quliyeva dünyasını dəyişəndən sonra ikinci həyat yoldaşından da ayrıldığını deyib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər