25 May 19:44
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Efirdən mənə atmaca atırlar. Bunun səbkarları var. Bunun ailə üzvlərimə də təsiri var".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə MTV Azərbaycan kanalında deyib:

"Boş-boş söhbətlərə görə anamın sağlamlığında problem yaranır. Hansı ki, söz-söhbətlərin içində yoxam və verilişlərdə Türkan adını eşidirəm. Mən iştirak etmədiyim verilişlərdə ad çəkərək kiməsə sual ünvanlamasınlar, müzakirə etməsinlər. Öncədən xəbərdarlıq edirəm və buna da haqqım var. Efirdə adım çəkilir və hansısa müğənni isə haqqımda lazım olmayan sözlər deyir. Bu isə bir az öncə dediyim kimi anamın səhhətində narahatlıq və məndə psixoloji problemlər yaradır. Xahiş edirəm ki, mən olmayan verilişilərdə adım heç bir müğənni ilə çəkilməsin və müzakirə edilməsin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər