Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənovun avtomobilləri və mənzillərini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlanılıb.
Nəticədə blogerin Moskvada yerləşən "Neva Towers" kompleksindəki 124 kvadratmetr sahəsi olan mənzili müsadirə oluna bilər. Bildirilir ki, bu mənzilin dəyəri 3 milyon manata çatır. Həmçinin Həsənov istehsal ili 2020-ci il olan "Rolls-Royce Cullinan" və 2022-ci il olan "Chevrolet Tahoe" maşınlarını da itirə bilər.
Bundan əvvəl Moskva vergi müfəttişliyi bloger Hüseyn Həsənova qarşı 144 milyon rubl məbləğində borclara görə iddia qaldırıb. Həsənovun özü iddia qaldırılan zaman Qırğızıstanda olub.