Aktyor Hikmət Rəhimovun rejissoru olduğu "Apatiya" filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb.
Sanura Hikmət Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:
"Rejissor" Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni 22 iyula qədər).
Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! Vaxt getdi".