Aparıcı-prodüser Tarix (Tolik) Əliyev Misirdən istirahətdən qayıdarkən həmin ölkənin hava limanından şikayət edib.
Teleqraf.com xəbər verir ki, Tolik İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib: "Nəzərinizə çatdırıram ki, Şarm-ƏI-Şeyxin hava limanı çox pintidir. Sərnişinlərin ayaqqabılarını çıxarılmasını tələb edib, yoxlanış edirlər. İnsanlara qarşı çox pis rəftar edirlər. Azərbaycan sözünü eşidəndə başlarına daş düşür. Bilmirəm niyə? Bu təhlükəsizlik deyil, mundarçılıqdır”.