1 Noyabr 16:05
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev "7 Tamam" verilişində şəxsi həyatı haqqında açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Manaf Ağayev bu sözləri deyib: "Övladlarımın hər üçünü evləndirmişəm, nəvələrim var. Həyat yoldaşıma demişəm ki, bu dünyadan bir yerdə köçək. Allah bilən məsləhətdir. Nə vaxt olarsa... Mən kişi-qadın münasibətində sevgidən öncə hörmətə önəm verirəm. İndi sevgidən danışmaq yaşıma yaraşmaz.

Babayam, amma həyat yoldaşıma hörmətim daim var. Dünyaya yenidən gəlsəm o xanımla ailə qurardım. Mən çox çətin adamam, hər qadın mənimlə yola gedə bilməzdi. Amma o məni yola verib. Artıq çətin sınaqlardan keçib, övladlarıma gözəl ana olub. Allaha deyirəm ki, mənim kimi xoşbəxt adam var?! Övlad yaxşı olmayanda valideynlər məhv olur. Bu gün övladlarıma bir həftə də zəng etməsəm, bilirəm ki, rahatam. Onlar məndən nigaran qalır, mən onlardan yox. Çünki ağıllı, tərbiyəlidirlər.

Vaxt var idi, onları mənə görə tanıyırdılar, bu gün fəxr edirəm, deyirlər ki, Manaf Ağayev Elçinin, Müşfiqin atasıdır. Mənə nəsə olsa, həyat yoldaşıma vəsiyyətimi deyərəm və demişəm. Hətta dəfn yerimi də təyin etmişəm. Son zamanlar daha duyğusal olmuşam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər