"Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:
"Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur".
Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, ondatoyxanada gəlininlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə gedirsə... Bu, absurddur. Ailədə hörmət qarşılıqlı olmalıdır. Bu yaxınlarda bir tanışım haqqında eşitdim ki, qızla oğlan yeni nişanlanıb. Oğlan qıza deyib ki, maaş kartını anama verəcəksən. Qız deyib ki, valideynlərim mənə təhsil almağa dəstək olub, işlə təmin edib. İndi kartımı qayınanama verəcəm!? Oğlanlar deyirlər, telefon qızları korlayıb. Xeyr".