2 Noyabr 15:18
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Orxan Lökbatanlı həmkarı Rəşad Dağlının həbsdə yazdığı şeirini ilk dəfə "Qonaqcanlı" verilişində səsləndirib.

Teleqraf.com xəbər verir ki, Orxan Lökbatanlı Rəşad Dağlının "Ölsəm bağışla" adlı şeirini meyxanaçını sevənlər üçün səsləndirdiyini vurğulayıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər