3 Noyabr 00:19
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Aytaç Şaşmaz çəkiliş meydançasında sevgilisi, aktrisa Cemre Bayseli ziyarət edərək onu təəccübləndirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın çəkiliş meydançasında başlayan dostluqları sevgiyə çevrilən cütlüyün təəccüblü şəkildə ayrılması sevənlərini kədərləndirmişdi.

Amma görünən odur ki, cütlük son aylarda münasibətlərinə bir şans daha verib.

1,5 illik fasilədən sonra Cemre Baysel sosial media hesabından paylaşım edərək barışdıqlarını açıqlayıb.

Aytaç Şaşmaz da ad gününü romantik paylaşımla qeyd edən sevgilisinə "Yaxşı ki, varsan" deyə cavab verib. Ardınca Aytaç Şaşmaz hazırda "Leyla" serialında baş rolu canlandıran sevgilisinə çəkiliş meydançasında sürpriz edib.

Sevgilisini gül-çiçək və şirniyyatla görən gözəl aktrisa sosial media hesabında paylaşım edərək, "Çəkiliş meydançasına ziyarətmi?"- deyə yazıb. Şaşmazın cavabı isə çox gecikməyib: "Sən həmişə güləsən deyə..."


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər