3 Aprel 2015 13:45
11 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova bir müddət öncə “Big Apple Awards” mükafatı ilə bağlı gündəmə gəlmişdi.

Teleqraf.com xəbər verir ki, sənətçi isə sözügedən müsabiqənin təşkilatçı qrupunda bir neçə erməninin olmasını səbəb gətirərək layihəyə qatılmayacağını və adının adaylar arasından çıxarılmasını tələb edib.

Mövzu Azərbaycan mətbuatında böyük ajiotaj yaratdığından Amerikadakı “Big Apple Awards”ın rəsmisi, layihənin idarə heyyətinin sədri Gülşan Kurbanbayeva Azərbaycan mətbuatına açıq məktub ünvanlayıb.

Məktubda deyilir: “ Çox təəsüf edirik ki bizim üçün hər zaman musiqi və mədəniyyəti ilə qiymətli olan Azərbaycanda bu mövzu ilə gündəmə gəlirik. Bütün qeyd edəcəyimiz məlumatlarla bağlı Azərbaycan mətbuatına faktlar təqdim edəcəyik. Bildiyiniz kimi, ötən il Brilliant Dadaşova bizim layihədə dünya musiqisinin ən hörmətli simalarının aldığı “Big Apple Awards” mükafatına layiq görülüb. Bu il isə əvvəl sosial şəbəkələrdəki səhifəmizə Aygün Kazımova tərəfindən iştirak etmək istəyi ilə bağlı təklif gəldi. Biz isə Azərbaycanlı sənətçilərə hörmətlə yanaşan insanlar kimi razılaşdıq. Daha sonra bütün danışıqlar Aygünün məhz özü ilə aparıldı. O şəxsi email ünvanından iştirak anketini doldurub bizə göndərdi. Hətta biz onu qəbul edib dəvət göndərdikdən sonra təşəkkürünü bildirib xoşbəxt olduğunu da yazdı. Bütün bunları fakt olaraq məktuba əlavə edirik. Daha sonrakı mərhələdə Aygün xanım bizə sırf ötən il xalq artisti Brilliant Dadaşovanın aldığı mükafatdan “ Big Apple Awards” almaq istədiyini söylədi. Biz isə cavabında kəskin etiraz edərək həmin mükafatın yalnız sənətkarlara verildiyini xatırladıb ona gələcəyi təqdirdə adəti olaraq ifaçılara verdiyimiz “Apple” mükafatını verəcəyimizə söz verdik. Daha sonra görünür Brilliant xanımın uğurunu təkrarlaya bilməməsindən hiddətlənən Aygün mətbuata layihə ilə bağlı qeyri-dəqiq məlumatlar verdi. Biz isə öz növbəmizdə bütün mətbuat nümayəndələrinə həqiqəti sübut etməyə hazırıq. Hər hansı gənc ifaçının belə addım atması normal sayılsa da, 45 yaşlı populyar bir müğənninin belə vasitələrdən öz məqsədləri üçün istifadə etməsi bizim üçün heç cürə başa düşülməzdir. Və bu bizim bundan sonrada Azərbaycan musiqisinə dünya arenasında öz qiymətimizi verməyə mane olmayacaq.”

Qeyd edək ki, ötən il Nyu Yorkda baş tutan mükafatlandırma mərasiminə Sting, Arash, Khaled, İbrahim Tatlisəs, Alabina və s. məhşurlar mükafatlandırılıb.

Rüstəm


Müəllif: