Məşhur "TOMS" markasının təşkil etdiyi “Without shoes” – “Ayaqqabısız bir gün” aksiyasına qoşulan müğənni İradə İbrahimova ayaqyalın fotosunu "İnstagram"da paylaşanlardan birinə çevrilib.
Məsələ ondadır ki, marka hər bir paylaşmanın müqabilində bir kimsəsiz uşağı ayaqqabı ilə sevindirir.
“Aksiya 3 gün sonra bitir, mənim də bir payım olsun istədim. Ehtiyacı olan uşağı sevindirmək savabdır. Hər bir şəxsin bu aksiyaya qoşulmaq hüququ var” – deyə İradə xanım bildirib.
publika.az