Pop musiqisi kralı Maykl Ceksona aid 20-dək tamamlanmamış yeni mahnı tapılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 1995-ci ildən pop ulduzu ilə çalışan, onun mahnılarının aranjemançısı Maykl Duram Prins öz kompyuterində M.Ceksonun yarımçıq qalmış mahnılarını tapıb. O, deyib ki, bu mahnılar pop ulduzunun səs yazısı sahəsində əməkdaşlıq etdiyi "Sony" şirkətinə məxsus olduğu üçün hazırda onların yayımlana bilməsi barədə heç bir açıqlama verə bilmir.
"Bu mahnıları bir araya gətirməklə yeni bir albom yaratmaq olar, ancaq ulduzun ölümündən sonra onun varisləri ilə şirkətin 200 milyon dollarlıq bir müqaviləsi onu deməyə əsas verir ki, 10 il ərzində "Sony" 7 musiqi albomu çıxara bilər".
Qeyd edək ki, M.Cekson 2009-cu ildə vəfat edib.
Rüstəm