3 Dekabr 2015 10:38
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan "Space" kanalından gedəndən sonra efirə çıxmır.

Müğənni Teleqraf.com-a açıqlamasında bunu istirahət etməsi ilə əlaqələndirib: "Heç bir problem yoxdur. Hələ ki, istirahət edirəm. Televiziya proqramlarına çıxmamağımın səbəbi "Əsl şou" verilişinin aparıcılığından uzaqlaşmağım deyil. Sadəcə, efirlərə çıxmaq istəmirəm. Gəzmək istəyirəm. Onu da deyim ki, depressiyaya düşməmişəm. Sadəcə, xoş günlər yaşadığıma görə digər şeylər mənə maraqlı deyil".

Bir müddət əvvəl S.Sultan efirdə qeyri-etik söz işlətdiyinə görə "Əsl şou" verilişindən kənarlaşdırılmışdı.

Rəqsanə


Müəllif: