Avstraliyalı müğənni Kayli Minoq "Vogue" jurnalının may ayının buraxılışında üz qabığı bəzəyəcək.
ANS PRESS-in məlumatına görə, sənətçi maraqlı və cazibədar fotosessiya ilə pərəstişkarlarının qarşısına çıxacaq. 45 yaşlı xanım fotosessiyasının mövzusuna uyğun olaraq cəlb edən qadın obrazını canlandırıb.
Miss Minoq may ayı üçün Avstraliyanın daha bir məşhur "Good Housekeeping" adlı jurnalına pozalar verib. Mart ayında isə romantik obraz yaradaraq "GQ Avstraliya" dərgisi üçün kamera qarşısına keçərək fotosessiya etdirib. Planetin ən gözəl qadınlarından biri hesab edilən Kayli Minoq məşhur kişi jurnalına tək çəkilməyib, əkiz qardaşlar Cordan və Zak Stenmark onu müşayət ediblər.
Cazibədarlığı ilə pərəstişkarlarını heyran edən ifaçı fotosessiyasından əlavə olaraq maraqlı müsahibəsi ilə çıxış edib: "Mən deyəndə ki, 45 yaşım var, sonra dayanıb və düşünürəm. Bu doğrudan belədir? Necə yəni 45, bu, ola bilməz! Beynin bunu qəbul etmək istəməsə də, bununla razılaşmaq məcburiyyətindəsən. Amma hərdən düşünürəm ki, əgər 45 yaşıma qədər çatmışamsa demək ki, xoşbəxt insanam".
Kayli Minoqun yeni fotosessiyasını sizə təqdim edirik: