Qış aylarının şəfa anbarı hesab olunan tərəvəzlərin, xüsusən də kökün faydası o qədər çoxdur ki, insan günlük qida rasionunda az qala hər gün bu möcüzəvi və olduqca şəfalı tərəvəzdən istifadə etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bütün bağırsaq problemlərinə çarə hesab olunan kök ürəyi qorumaqdan cinsi gücü artırmağa qədər müalicəvi əhəmiyyəti ilə fərqlənir.
Kök və kök suyu daha çox orqanizmə fayda verdiyindən bu haqda ətraflı məlumat daha maraqlı olardı.
Kök bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırmağa, bağırsaq qurdlarını salmağa, sidik və qaz çıxarmağa, qəbizliyi aradan qaldırmağa, ishalı kəsməyə, bağırsaqları işlədərək həzmi yaxşılaşdırmağa, qandakı xolesterol nisbətini salmağa kömək edir. Həmçinin ürəyi, gözləri və bədəni qüvvətləndirməyə, cinsi gücü artırmağa, öskürəyi kəsməyə, ürək xəstəlikləri və damar sərtliyinə də faydalıdır. Ürək böhranı və iflic riskini azaltmaqla, eyni zamanda bədəni zərərli maddələrdən uzaqlaşdıraraq, qanı təmizləməyə yardımcı olur.
Bunu da bilmək vacibdir ki, kök diş ətlərini gücləndirir, qaraciyərin funksiyalarını qoruyur, zehni fəaliyyəti və yaddaşı gücləndirir, tərkibində olan antioksidantlarla yaşlanmağı yavaşladır, artıq çəki probleminin həllində kalori nisbəti aşağı olduğundan kömək edir, dəriyə təzəlik və cavanlıq bəxş edir. Revmatizm və dəri xəstəliklərinə qarşı təsirlidir.