Bir xeyli insana məşhurluq qazandıran İnstaqramda bir çoxlarımız başqalarının xoşbəxtlik saçan şəkillərini görür və layk edirik. Hətta bəzən onlara həsəd apardığımız da olur. Ancaq görəsən bu şəkil sahibləri həqiqətən dünyanın ən xoşbəxtləridir, yoxsa özlərini başqalarına xoşbəxt göstərmək üçün bu cür paylaşımlar edirlər?
Teleqraf.com xəbər verir ki, ABŞ, İngiltərə, Meksikada çalışan və zorakılığa qarşı mübarizə aparan “Ditch the Label” təşkilatı bu məsələni araşdırıb və bu haqda qısa film çəkib. Filmin məqsədi, insanların təqlid etmək üçün çalışdıqları “xoşbəxt” həyatların, əslində təqdim edildiyi kimi olmadığını göstərməkdir.
Həmin filmi sizə təqdim edirik.