12 Noyabr 2017 09:18
4 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya alimləri tez-tez Marsın ölü planet olmaması haqda fikirlər dilə gətirirlər.

Teleqraf.com xəbər verir ki, bu gün bir xeyli araşdırmaçı, tədqiqatçı etiraf edir ki, Qırmızı planetdə həyat olub, hətta bəlkə indi də davam edir. Həm də söhbət hansısa bakteriyalardan deyil, bizdən dəfələrlə inkişaf etmiş şüurlu varlıqlardan gedir.

Boşuna deyil ki, bu uzaq planetə aid şəkillərdə ard-arda müxtəlif artefaktlar, heykəllər və ya heykəl parçaları, humanoid qalıqları, kosmik uçuş aparatları, hətta tam bir yerdənkənar sivilizasiyanın, yaxud marslıların şəhərlərini aşkar edirlər.

Bəs şumerlərin diski Marsa necə düşüb?

Ufoloq və virtual arxeoloqların çoxsaylı tapntıları hətta kifayət qədər konservativ elm adamlarının beynində də şübhə toxumları əkir. Buna misal olaraq ötən ayın sonunda alternativ araşdırmaçıların Marsda tapdıqları qayaya oyulmuş, üstündə qəribə yazılar görünən ideal dərəcədə düzgün formalı dairəni göstərmək olar. Tapıntı haradasa qədim şumer qravüralarının eynisidir. Bəs Cənubi Mespoatamiyanın qədim sakinləri Marsa necə ayaq aça, orada öz mədəniyyət nümanələrini saxlaya biliblər? Bəlkə haçansa marslılar Yerə uçub ilk insan sivilizasiyasına öz dillərini öyrədiblər?

Konspiroloqlar bu versiyanı istisna emir.

Müasir kompüter texnikasının köməyindən istifadə edən mütəxəssislər peykdən alınan fotoların üstündə işləyərək bu sirli diskin maksimal dəqiqlikdə görüntüsünü əldə ediblər. Məlum olub ki, diskdə əlini yana uzatmış saqqallı bir kişi təsvir edilib.

Bəzi ufoloqlar belə iddia edir ki, qayanın içində kosmik gəmi yerləşir, diskdə yazılanlar isə “yaşıl adamcıqların” öz uçan aparatını tapmaq üçün istiqamət rolunu oynayır. Başqaları isə əmindir ki, dairəni qaya üzərinə, ola bilsin, lap çoxdan mövcud olmuş marslılar özləri həkk edib, ancaq əldə elə bir sübut yoxdur ki, onların hələ də Marsda yaşamadıqlarını iddia edəsən. Əksinə, onların hazırda mövcud olmaları ilə bağlı bəzi ciddi dəlillər mövcuddur…

Qeyd edək ki, uşaqlıqdan indiqo hesab edilən, fenomenal yaddaşa və heyrətamiz qabiliyyətə malik volqoqradlı Boris Kupriyanov öz əvvəlki həyatında marslı olduğunu dumanlı şəkildə deyil, aydın şəkildə təsvir edərək elm adamlarını heyrətə salmışdı.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər