31 Dekabr 2017 18:43

Azərbaycanda itlər üçün gözəllik salonlarında növbələr yaranıb. Ev heyvanlarının sahibləri istəyirlər ki, "sevimliləri” Yeni ili təmiz və bəzənilmiş qarşılasınlar.

Teleqraf.com "MİR 24” telekanalına istinadən məlumatına görə, artıq bərbərlərin iş qrafikində boş yer qalmayıb.

Müştərilər salonlara daha çox itlərinin saçını rənglətməyə gəlirlər. Bundan başqa salonda heyvanlar üçün müxtəlif bəzək əşyaları və geyimlər də təqdim olunur.

Ən çox müraciətlər isə Şi tsu cins itləri ilə bağlıdır.


Müəllif: Teleqraf.com
Загрузка...