15 Mart 2018 09:00
3 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Planetlərin yaxınlığında kosmik dağıntılara diqqət yetirərək, yadplanetliləri tapmaq olar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "mavi top" kimi tanınan ərazi kosmik tullantılarla əhatələnib.

Alimlər bununla bağlı maraqlı fərziyyə irəli sürüblər. Onlar bildirir ki, bu ərazilərə yadplanetlilər də öz peyklərinin və ya uçan obyektlərinin parçalarını atırlar.

UNO-larla ünsiyyətdə olmaqdan çəkinməyən mütəxəssislər belə bir ehtimalın olduğunu bildirib.

Kənar adalarının Astrofizika İnstitutundan olan İspan astronom Hektor Sokas-Navarro uzun müddətdir Yerin orbitində kosmik dağıntıları müşahidə edir.

Əslində bu mütəxəssisin birbaşa vəzifəsi Günəşi öyrənməkdir, amma o, hər il daha çox süni obyektlərlə maraqlanır.

Astronom son zamanlar gözlənilməz nəticəyə gəlib.

Onun fikrincə, texnologiya cəhətdən inkişaf etmiş yadplanetlilər - "yaşıl adamlar" bizim kimi kosmik eraya daxil olduqlarından, planetlərin yaxınlığında kosmik tullantı buraxmalıdırlar.

Əgər onların da tullanrıları bizimki kimi metal hissələrdən olarsa, o zaman bu tullantılar səma ulduzu kimi parıldamalı və yerdən görünməlidir.

Öz fikrindən ilham alan Sokas-Navarro on metrlik infraqırmızı teleskopdan istifadə edərək bir sıra eksperimentlər həyata keçirib.

İspan astanom heç bir kosmik tullantı tapmasa da, bunun nəzəri cəhətdən mümkün olduğunu bildirib.

Alim hesab edir ki, bizim texnologiyamız ancaq 200 il sonra inkişaf edərək, bəzi uzaq ekzoplanetin orbitində metal çöküntülərinin aşkarlanmasına imkan verəcək.

İndi isə yerüstü teleskoplar o qədər zəifdir ki, kosmik tullantını təbii obyektlərdən fərqləndirə bilmir.

Lakin ufoloqlar Hektorun nəzəriyyəsini tənqid ediblər.

Çünki onlar yadplanetlilərin axtarışına ehtiyac olmadığını, UNO-ların onsuz da mövcud olduğunu düşünürlər.


Müəllif: Günay Əli

Oxşar xəbərlər