İşləri ilə əlaqədar Dubaya gedən rusiyalı model Yekaterina Stetsyuk xəstəxanalıq olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 22 yaşlı model özünü qaldığı otelin 6-cı mərtəbəsindən atıb. Amma möcüzə sayəsində sağ qalıb.
Məlumatlara görə, Dubayda tanış olduğu amerikalı iş adamı ona təcavüz etmək istəyib. Təcavüzdən qurtulmaq istəyən model bu addımı atıb.
Xəstəxanaya yerləşdirilən modelin əməliyyat ediləcəyi bildirilib. Əməliyyat edilməsə onun yeriyə bilməyəcəyi deyilir.