ABŞ-da əlillərin hüquqlarını müdafiə edən Natalya Veaverin anadan qüsurlu doğulan qızı üçün apardığı mücadilə illər sonra nəticə verib.
Teleqraf.com xəbər verir ki, Natalyanın 9 yaşlı qızı Sofiya kar doğulub və ətrafdakılarla ancaq göz təması və çıxardığı səslərlə ünsiyyət qura bilir. Sofiya çətin həyat sürsə də, çox güclü və xoşbəxt bir uşaqdır.
İnsanlar bədəni deformasiyaya uğramış Sofiyaya normal yanaşmır, sosial şəbəkələrdə onun şəkillərinə xoşagəlməz şərhlər yazırlar.
Anası Natalya Veaver CNN-ə verdiyi açıqlamada uşağın bu günə qədər 22dəfə əməliyyat keçirdiyini bildirib. Lakin, Sofiyaya bu əməliyyatlar bir o qədər də kömək etməyib. Buna baxmayaraq, Natalya qızının mükəmməl bir uşaq olduğunu vurğulayıb. Sosial şəbəkələrdə onlara qarşı edilən təhqirlərə öyrəşdikərini, ancaq onları nə üçün aşağıladıqlarını anlamadığını söyləyən ana səbəkə istifadəçilərini bu cür təhqirlərə yol verməməyə çağırıb.
Xatırladaq ki, ana Rett sindromu ilə doğulmuş qızının fotoşəkilini paylaşaraq, abortu tərifləyənlərlə bağlı Tvitter rəhbərliyinə şikayət edib. Qadın şəbəkə rəhbərliyindən aborta dəstək verən tvitləri silinməsini tələb edib. Bundan sonra aktivist analar da Natalyaya dəstək olublar. Sosial medianın gücündən istifadə edərək hərəkətə kecib və qələbə qazanıblar. Tvitter baş verənlərlə bağlı Natalyadan rəsmən üzr istəyib və xoşagəlməz tvitləri silib.