17 May 2018 09:24
52 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paralel kainatlar yeni ulduzların və həyatın yaranması üçün yararlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə MNRAS jurnalında nəşr olunan yazıda bildirilir.

Böyük Britaniyanın Darem Universitetinin alimi Ceymi Salsidonun fikrincə, paralel kainatlarda qaranlıq enerjinin miqdarı fərqli ola bilər:

“Hesablamalarımız göstərir ki, paralel dünyalarda qaranlıq enerjinin həddən çox və ya az olması onların yeni ulduz və planet formalaşdırmasına minimal şəkildə təsir edir. Bu, öz növbəsində paralel kainatlarda şüurlu həyatın mövcudluğu anlamına gəlir”.

Yarım əsr əvvəl amerikalı astronom Frenk Dreyk qalaktikada sivilizasiyaların sayını müəyyən etmək üçün formul hazırlayıb. Fizik Enriko Fermi isə bu formul əsasında tezis irəli sürüb: Əgər yadplanetli sivilizasiyalar o qədər çoxdursa, niyə bəşəriyyət onların izinə rast gələ bilmir?

Bu paradoksu alimlər bir çox üsullarla cavablandırmağa çalışıblar. Ən populyar variant isə “unikal Yer” fərziyyəsidir. Burada ağıllı canlıların yaranması üçün planetimizdəki kimi unikal şəraitin lazım olduğu bildirilir.

Digər astronomlar isə düşünürlər ki, qalaktik sivilizasiyalar ya tez məhv olur, yaxud aktiv şəkildə mövcudluqlarını gizlədirlər.


Müəllif: Ruslan