5 İyul 2018 01:28
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin taksim meydanında 35 dərəcə istidə qış geyimində gəzən və dilənçilərə 500 lira (250 AZN) paylayan mərakeşli turist polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, əlindəki pulla dolu torbadan dilənçilərə yüksək məbləğdə lira paylayan turistin hərəkətləri yerli polisi şübhələndirib.

Təqib olunduğunu görən 21 yaşlı turist qaçmaq istəsə də buna nail ola bilməyib.

Faktla bağlı araşdırma aparır.


Müəllif: Ruslan