5 Avqust 2018 22:57
3 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada yerləşən CHIME teleskopu tərəfindən dərin kosmosda qaynağı bəlli olmayan radiosiqnal qeydə alınıb.

12 milyon funt-sterliqn qiyməti olan teleskop vasitəsilə qeydə alınan siqnalların haradan gəlməsinə dair araşdırmalar başladılıb.

“Fast Radio Burst” adı verilən siqnal yadplanetlilərin varlığına inanan hər kəsdə həyəcan yaradıb. “Fast Radio Burst” bu günə qədər kosmosdan 700 hersdən aşağı, yəni ən az tezliklə gələn ilk siqnal olub. Mütəxəssislər siqnalın mənbəyinin olduqca güclü bir cisim olduğunu düşünür.

Qeyd edək ki, kosmosdan gələn ilk siqnal 2007-ci ildə qeydə alınıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər