9 Avqust 2018 07:18
3 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada avtomobil saxlama meydançalarından birində aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.

“The Guardian” xəbər verir ki, Almaniyanın Köln şəhərinin mərkəzində yerləşən bu kitabxana Roma imperiyasının şimal-qərb əyalətlərinin ən qədim kitabxanası hesab olunur. Qədim tikilinin divarlarında 20 min papirus saxlanması üçün oyuqlar mövcuddur.

Köln şəhərinin əsası eramızın 50-ci ilində romalılar tərəfindən qoyulub. O zaman Roma imperiyasının bu əyaləti “Germania” adlanırdı. Arxeoloqların qənaətinə görə, kitabxana eramızın II əsrində - müasir Türkiyə ərazisində yerləşən Efes kitabxanası ilə eyni vaxtda tikilib. Kölndəki Roma Muzeyinin əməkdaşı Dirk Şmit bildirib ki, hər iki kitabxananın binası ictimai mərkəz kimi də istifadə olunub. Belə ki, imperiyanın bu əyalətlərdəki hakimiyyət nümayəndələri burada mütaliə ilə yanaşı, məsləhətləşmələr də aparıblar.

Bu tapıntının qiymətli olduğunu nəzərə alan yerli hökumət avtomobil parkının yenidən qurulması zamanı onun qorunması üzrə layihə hazırlayıb. Belə ki, qazılmış ərazinin üzəri xüsusi şüşə ilə örtüləcək və buraya gələnlər yuxarıdan qədim kitabxananın qalıqlarını görə biləcəklər.

/Azertac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər