26 Avqust 2018 17:14
2 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü start götürüb.

"Report" xəbər verir ki, saat 17:15-də başlayan yürüşdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edir.

Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələridir.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra mərkəzin parkında sərgilənəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər