26 Sentyabr 2018 15:50
56 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA səmada hərəkət edən yad çisimin uçuş trayektoriyasının görüntüsünü yayıb.

Teleqraf.com xəbər verir ki, “Alien Kraft Kof” kameraları ilə Günəş yaxınlığında qəribə bir trayektoriyaya malik iz görünüb.

Mütəxəssislər ilkin olaraq, bunu ulduzların sayrışması hesab etsələr də, ulduzların bu cür trayektoriya ilə sayrışmasının mümkünsüzlüyü faktı onları bu fikirdən daşınmağa vadar edib.

Başqa bir mülahizəyə görə isə bu xətt meteroidin çəkdiyi trayektoriyadır. Lakin, trayektoriyanın düz xətt üzrə gəlib daha sonra 45 dərəcə altında dönməsi bu mülahizəni də əsassız edib.

Əsas ehtimal, bu trayektoriyanın hər hansısa yad cisimə - yadplanetlilərin hava gəmisinə məxsus olmasıdır. Ekspertlər qeyd edirlər ki, yalnız idarə olunan aparatlar bu cür manevrlər edə bilər.

Araşdırmalar davam edir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər