30 Oktyabr 2018 07:05
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə fəaliyyət göstərən “ABB” beynəlxalq şirkəti Şanxayda “gələcəyin fabriki”nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək.

“ABB” (Asea Brown Boveri Ltd.) – elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin “ASEA” və İsveçrənin “Brown, Boveri & Cie” şirkətlərinin birləşməsindən sonra təsis edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər