Amerikanın Marsdakı avtomatik planetlərarası stansiyası "Mars InSight" Qırmızı planetdə ilk dəfə olaraq küləyin səsini qeydə alaraq yerə göndərə bilib.
Bu barədə cümə günü NASA-nın direktoru Cim Braydenstayn "Twitter" mikrobloqunda yazıb.
"İnsanlar əvvəl Marsda küləyin səsini eşitməmişdilər! "Mars InSight"ın Marsda qeydə aldığı küləyin səsini dinləyin", - deyə o yazıb və ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsinin vebsaytına yerləşdirilən səs qeydinin linkini paylaşıb.
Bundan əvvəl Marsda parlayan naməlum cism tapılıb.