Araşdırmaya görə, insanlar evdə həftəlik təmizliyə 7-19 saat arasında vaxt ayırır.
Teleqraf.com sizin üçün təmizlənməsi çətin olan yerlərin, avadanlıqların asan metodlarını təqdim edir.
Şüşələrin qıraqlarındakı toz və kirin təmizlənməsi üçün qabartma tozu və sirkədən istifadə edə bilərsiniz. 5-10 dəqiqə gözlədikdən sonra diş fırçasının köməyi ilə qıraqları da silə bilərsiniz. Qalan yerləri isə əski ilə təmizləmək olar.
Krantı diş məcununun köməkliyi ilə parıldada bilərsiniz.
Tualeti təmizləmək üçün isə tualet kağızının üzərinə bir az sirkə tökün. Sonra yalnızca kağızı qaldırın, təmiz olduğunu görəcəksiniz.
Mebellərdəki balaca cızıqları itirmək üçün təbii yağ saxlayan cəvizdən istifadə edə bilərsiniz. Bu mtodla mebellərinizdəki izlər və ləkələr görünməyəcək.