15 Mart 2019 20:39
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fotoqraf Valentin Jiqanov Rusiyada Murmanskın Apatitı şəhərində günəş sütunlarını lentə alıb.

V.Jiqnaov nadir təbiət hadisəsinin fotolarını sosial şəbəkələrdə yayıb. Çəkilişin videosu isə YouTube videoportalında yerləşdirilib.

“Daily Mail” ilə söhbət zamanı V.Jiqanov qeyd edib ki, bundan əvvəl heç vaxt işıq sütunlarını görməyib.

Onun sözlərinə görə, əvvəl iki qızı meşədə şimal şəfəqi fonunda cakuzidə çəkməyi planlaşdırırdı, lakin sonradan şaquli işıq xətlərini görüb və onları lentə almağa qərara gəlib.


Müəllif: Teleqraf.com