2 Aprel 2019 08:43
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Sardiniya adasının sahillərində mədəsində 22 kiloqramadək plastik tullantı olan ölü balina aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Serco Kosta özünün sosial şəbəkədəki səhifəsində yazıb.

O, qeyd edib ki, tədqiqat zamanı balinanın mədəsindən mindən çox plastik stəkan, butulka və paket çıxarılıb.

Nazir bildirib ki, bu kimi halların qarşısını almaq üçün sahildə yerləşən şəhərlərdə plastik qabların istifadəsi qadağan olunmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər