Onkoloqlar sağlamlığından narahat olan insanlara bir neçə simptoma ciddi diqqət yetirməyi məsləhət görürlər.
Teleqraf.com-un xəbərinə görə, mütəxəsislər hesab edirlər ki, əksər hallarda xərçəng xəstəliyi son mərhələdə özünü biruzə verir ki, bu zaman tibb xəstəliyin qarşısında aciz qalır.
Xərçəngin ilk simptomu xroniki yorğunluqdur. Əksər hallarda bunu yuxusuzluq, yaxud hormonal pozuntularla əlaqələndirirlər. Lakin əgər siz daim özünüzü yorğun hiss edirsinizsə mütləq həkimə müraciət edin.
Çəkidə kəskin dəyişiklik də orqanizmdə ciddi dəyişiklik baş verdiyinə dəlalət edir. Bu simptom ən çox onkoloji xəstəliklər zamanı müşhadiə olunur.
Daimi və ya periodik ağrılara da diqqət yetirmək lazımdır. Bəzən insan bədəninin müəyyən bir hissəsində diskomfort hiss edir, lakin onu ciddiyə alımır. Həkimlər hesab edir ki, müəyyən müddət davam edən daimi və ya periodik ağrılar normal deyil və hansısa problemdən xəbər verir.
Dəridə yeni yaranan dəyişikliklər orqanizmdəki disbalansdan xəbər verir. Dəri prinsipcə sağlamlığın güzgüsü sayılır. İstənilən irin, xal, çiban, hətta adi sızanaqlar belə daxili problemlərdən xəbər verir.
Otuz yeddi dərəcəyədək daimi hərarət də xərçəngin ilkin əlamətlərindən sayılır. Bu zaman soyudəymə əlamətləri hiss olunmur.
Digər simtomlar sırasında isə səbəbsiz yerə siqaret çəkən insanlar kimi öskürmək, tez-tez sidiyə getmək, sidikdə qanın olması gəlir.