7 İyun 2019 21:28
3 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşənin ortasında qucaqlaşıb sevişən cütlüyə böyük bir ilan yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu qorxulu və qeyri-adi hadisə ABŞ-ın Tennesi əyalətinin Maury qəsəbəsində yaşanıb.

Qəsəbənin şerif köməkçisi Adam Sisk meşədə avtomobillə gedərkən ,gördüyü hadisədən şok yaşayıb. Polis dərhal avtomobilində düşüb, sevişən cütlüyün yanında böyük bir ilanın tədricən onlara yaxınlaşdığını görüb. Cütlüyün isə bundan xəbəri yox idi. Polis sürətlə cütlüyə yaxınlaşaraq “Salam millət, hərəkət etməyin, yanınızda ilan var” deyə müraciət edib. O, daha sonra “mənə doğru yuvarlanın, yanınızdakı zınqırovlu ilandır ” sözlərini əlavə edib. Cütlük əvvəlcə nə baş verdiyini anlamasa da, sonra kişi dərhal ayağa qalxır və qaçaraq oradan uzaqlaşır. Bu zaman yanında olan qadına kömək belə etmir. Yavaşca ayağa qalxan qadın da ilandan uzaqlaşır.

Bu görüntünu yayan polis “Burada əsl həyat dərsi var” deyə açıqlama verir.

Cütlüyə yaxınlaşan ilanın bu bölgədə ən böyük və zəhərli canlı olduğu deyilir. Polis cütlüyün kimliyini açıqlamayıb, ancaq açıq hava məkanında lüt uzanmalarını da tənqid edib. Daha sonra ölümdən dönən cütlüyü polis avtomobilinə qoyaraq evlərinə aparıb.


Müəllif: Cavad