10 İyun 2019 08:46
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

HBO kanalının istehsalı olan və Litvadakı “İqnalinsk” Atom Elektrik Stansiyasında (AES) çəkilmiş “Çernobıl” serialının dünyadakı uğurundan sonra bu əraziyə turist axını başlayıb.

Teleqraf.com xəbər verir ki, bəzi turistlər hələ də faciənin yaşandığı Pripyat şəhərinə getsələr də, daha çoxu hazırda “Çernobıl”ın tam kopiyası olan “İqnalinsk” AES-i ziyarət edir.
Vilnüsdən 90 dəqiqəlik uzaqlıqda olan “İqnalinsk” AES-ə xüsusi avtobus marşrutları təşkil olunub. Turistlər 100 funtsterlinqə giriş bileti alaraq xüsusi geyimlərdə zavodun ərazisini, həmçinin reaktor, turbin və idarə blokunu gəzə bilərlər. Gündə 15 nəfərin daxil olmasına icazə verilən zavodu gəzmək üçün azı 2 ay əvvəldən bilet almaq lazımdır.

Qeyd edək ki, “İqnalinsk” 2038-ci ilədək tədricən istifadədən çıxarılacaq. Hazırda isə stansiyada 2 min insan çalışır.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər