28 İyun 07:05

“Oxford Economics” analitik şirkəti robotların 2030-cu ilədək dünyada təxminən 20 milyon insanı iş yerində əvəzləyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şirkətin məlumatına görə, işini itirən insanlar üçün xidmətlər sektorunda oxşar vakansiyalar seçimi istehsalın avtomatlaşdırılması ilə bağlı məhdud olacaq.

Bununla belə, avtomatlaşdırmanın tətbiqinin genişlənməsi iş yerlərinin sayının və ölkələrin iqtisadi artımının yüksəlməsinə xidmət edəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, hər yeni sənaye robotunun tətbiqi 1,6 iş yerini ixtisara salacaq, az ixtisaslı işçi qüvvəsinə malik regionlar isə bundan daha çox ziyan çəkəcəklər.

Zəif iqtisadi inkişafa görə işsizlik səviyyəsinin yüksək olduğu aşağı bacarıqlı işçi qüvvəsinin üstünlük təşkil etdiyi regionlar robotların tətbiqi ilə əlaqədar iş yerlərinin itirilməsi üçün daha həssasdır. Burada bir robotun tətbiqi təqribən iki iş yerinin azalmasına səbəb ola bilər.


Müəllif: Teleqraf.com