10 İyul 2019 20:18
4 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Zouku şəhərində sərnişin avtobusunda qadın sürücüyə hücum edib.

Teleqraf.com xəbər verir ki, olaya səbəb qadının tələbinə baxmayaraq, sürücünün avtobusu saxlamaması olub, sürücü enmək üçün dayanacağı gözləməsi barədə xəbərdarlıq edib.

Lakin bundan sonra qəzəblənən qadın sürücüyə hücum edərək, onu vurmağa başlayıb.

Avtobusun təhlükəsizlik kamerasına tuş gələn görüntüdə qadının sürücüyə su şüşəsi atdığı, bundan sonra polisə zəng edən sürücünün əlindən mobil telefonunu almağa cəhd etdiyi görünür.

Əsəbi soyumayan qadın daha sonra oturacağa qalxaraq sürücünü təpikləməyə başlayıb.

Olayın videogörüntüsünü təqdim edirik:


Müəllif: Yalçın Uğur