31 Avqust 2019 08:35
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Sharp” şirkəti “IFA-2019” Beynəlxalq istehlak elektronikası sərgisində dünyada maye kristal ekranlı ən böyük 8K televizorunu təqdim edəcək. 120 düymlük paneldən ibarət yeni televizor 5-ci nəsil (5G) şəbəkəsinə qoşulmaq imkanına malikdir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, şirkətin nümayəndələrinin sözlərinə görə, gələcək “ağıllı” televizorun təsvir ölçüsü o qədər yüksək ki, sənətşünaslar onu şəkillərin məsafədən öyrənilməsi və ya bərpa işlərinin keçirilməsində istifadə edə biləcəklər. “Sharp” şirkəti yeni model haqqında başqa detallar hələ açıqlamır.

“Engadget” dərgisi yazıb ki, cari ilin iyunda “Samsung” tərəfindən təqdim edilmiş 292 düymlük “The Wall Luxury” əslində dünyada ən böyük 8K televizordur.

“IFA 2019” sərgisi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər