7 Sentyabr 2019 16:00
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yerləşən Şengsi bölgəsi vaxtilə bir çox balıqçının yaşadığı 400-dən çox kiçik adadan ibarətdir. Zamanla bölgə sakinlərinin gəlir qaynaqları dəyişib və insanlar balıqçılıqdan imtina edərək başqa işlərlə məşğul olmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, sakinlər balıqçılıqdan imtina etdikdən sonra Şengsidə yerləşən bir çox balıqçı kəndi sahibsiz qalıb.

Goqi adası da tərk edilən qəsəbələrdən biridir. Bu kiçik qəsəbə balıqçılar tərəfindən tərk edilsə də, təbiət ona sahib çıxıb, sanki buranı nağıl dünyasına çevirib.

Ətrafda yerləşən bir çox adalar da Goqi adası kimi tərk edilmiş haldadır.

Adalara hər nə qədər insan əli dəyməsə də, təbiət buraları əvvəlkindən də möhtəşəm hala salıb. Buna görə də, hər il qış aylarında 100 mindən çox balıqçı bu tərk edilmiş yerləri ziyarət edir. Şengsi adaları bu gün Joşan bölgəsinin ən çox ziyarət edilən turizm məkanıdır.

Şanxaylı fotoqraf Xan Qingin kamerasından çıxan görüntülər adaların niyə bu qədər populyar olmasının ən yaxşı sübutudur.

Fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər