15 Sentyabr 2019 08:18
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə görünür ki, yaxın gələcəkdə avtomobil sahibləri öz maşınının rəngini dəyişdirmək üçün avtomobil xidmətinə müraciət etməli olmayacaqlar. İdarə panelində yerləşdirilmiş xüsusi düyməyə toxunmaqla avtomobil bir neçə saniyə ərzində buqələmun kimi yeni rəngə boyanacaq.

Teleqraf.com xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun alimlər komandası projektor və ultrabənövşəyi şüanın köməyi ilə istənilən səthdə istənilən şəkli “çəkmək” qabiliyyətinə malik “proqramlaşdırılan mürəkkəb” ixtira ediblər.

Alimlər işığa reaksiya verən göy, tünd qırmızı və sarı boyaları birləşdirərək “PhotoChromeleon” adlandırılmış xüsusi sprey hazırlayıblar ki, onu da istənilən səthdə istifadə etmək mümkündür. UF-proyektor obyektin səthində lazımi rəng kombinasiyasını “proqramlaşdırır”, bu proses 15-40 dəqiqə çəkir.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər