Ukraynanın Çernovtsı vilayətində qeyri-adi doğuş qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sentyabrın 28-də bir bədəndə iki başlı əkizlər dünyaya gəlib. Bu cür doğuş dünyada nadir hallarda baş verir.
Bu, qadının ilk hamiləliyi olub və həkimlər onun bətnində siam əkizlərinin olduğunu bildirsələr də, ana doğuşa razılıq verib.
Doğuş vaxtından əvvəl, 33 həftədə baş verib. Hazırda siam əkizləri uşaq xəstəxanasına köçürülüb.