3 Noyabr 2019 22:28
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bərbər küçələri, xüsusən də zibillikləri gəzib səfil həyat yaşayan insanları axtarır.

Teleqraf.com xəbər verir ki, söhbət bir neçə ildir ki, kişi bərbəri işləyən Ceyhun Mirzəlidən gedir. O, qarşısına məqsəd qoyub ki, normal insanlarla bərabər səfil həyat yaşayan şəxslərin də saçını və saqqalını kəsəcək. Ceyhun Mirzəli artıq bir neçə belə şəxsin saçını səliqəyə də salıb.

Ceyhun Mirzəli səfil həyat yaşayan şəxslərin saçını kəsərkən onları həm də telefonla çəkir. Özləri icazə verərsə onu şəxsi ''İstaqram'' səhifəsində də paylaşır. Məqsədi isə bütün bərbələrə bu cür şəxslərlə rastlaşarkən onların saç və saqqallarını formaya salmalarına kömək etməkdir.

Qeyd edək ki, Ceyhun Mirzəli bu addımı ilə dünyanı gəzib, evsiz insanların saçını kəsib, saqqalını səliqəyə salan ingilis bərbər Coşua Kumbezinin yolu ilə gedir. Adı çəkilən məşhur bərbərə ingilislər ''Bomj''ları modelə çevirən sehrbaz adı veriblər. Coşua da küçələrdə səfil həyatı yaşayan şəxslərin saçını kəsdikdən sonra onlar güzgüyə baxarkən özlərini tanımırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər