9 Noyabr 2019 00:57
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə 5G texnologiyasını istifadəyə verən Çin rəsmiləri bəyan ediblər ki, ölkədə daha mükəmməl 6G texnologiyası üzrə tədqiqatlara start verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Elm və Texnika Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 6G texnologiyasının işlənib hazırlanması məqsədilə ekspertlərdən və profil üzrə nazirliklərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bildirilib ki, noyabrın 1-dən etibarən bu ölkədə beşinci nəsil mobil texnologiyanın istifadəsinə başlanılıb və hazırda China Telecom, China Unicom və China Mobile mobil rabitə şirkətləri, habelə Çin Beynəlxalq Radiosu, Mərkəzi Televiziya və Mərkəzi Xalq Radiosunun daxil olduqları Çin Media Korporasiyası yeni şəbəkəyə qoşulublar.

Elm və Texnika Nazirliyi noyabrın 6-da Təhsil, Sənaye və İnformatika nazirlikləri, İslahatlar Komitəsi və Çin Elmlər Akademiyası ilə keçirdiyi birgə iclasda 6G texnologiyasının hazırlanması ilə bağlı məsələləri müzakirə edib. Yaradılan işçi qrupunun tərkibinə elmi-tədqiqat institutlarının 37 alimi, habelə dövlət qurumlarının nümayəndələri daxil edilib.

Dünyada ən böyük mobil operatorlardan biri olan China Mobile şirkətinin sənaye və tədqiqat institutları ilə iş şöbəsinin müdiri Yan Quan bildirib ki, çinli tədqiqatçılar artıq bu sahədə iş aparırlar. Lakin yeni texnologiyanın istiqamətləri və ehtimal olunan tətbiqi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər