Vəfat edən Cənubi Afrikanın keçmiş lideri Tşekede Pitzo vəsiyyətinə uyğun olaraq sevimli avtomobili ilə dəfn edilib.
Teleqraf.com xəbər verir ki, ailəsi avtomobili ilə dəfn edilməsinin Pitzonun son istəyi olduğunu bildirib.
Pitzo 72 yaşında həyata gözlərini yumub.
Cənazə işlərinə baxan şirkət Pitzo və avtomobili üçün 8 metr dərinliyində məzarın qazıldığını bildirib.
Pitzo “Mercedes” markalı avtomobillərə xüsusi maraq göstərirdi. Bir dönəm bahalı avtomobil kolleksiyası olan Pitzo bütün sərvətini itirdikdən sonra iki il əvvəl köhnə bir “Mercedes” almışdı.