28 Aprel 2020 19:19
2 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli professorlar ABŞ Müdafiə Nazirliyi tərəfindən Amerika səmasında görüntüləri əldə edilmiş UNO-larla bağlı açıqlama yayıblar.

Teleqraf.com xəbər verir ki, türk ailimlər müşahidə edilən naməlum obyektlərin kosmosdan gəlmədiyi qənaətindədirlər.

Türkiyəli elm xadimləri - professor Sacit Özdemir və professor Hasan Esenoğlu Pentagon donanma pilotlarının xidmət zamanı qeydə aldıqları naməlum cismin kosmosdan gəlmədiyini bildiriblər.

"Adından da göründüyü kimi, naməlum obyektdir. Mümkündür ki, insanlar tərəfindən yaradılıb, ya da görüntülər montaj olunub. Mediada gündən yaratmaq və başqa niyyətlə bu cür görüntüləri tez-tez hazırlayıb yayırlar. Qeyd olunan UNO-un hansısa ulduzun bir parçası olduğunu və ya kosmosdan gəldiyini söyləmək olmaz", deyə birgə açıqlamada qeyd olunur.


Müəllif: Teleqraf.com