Yeni zelandiyalı alimlər Yer kürəsinə oxşar planet kəşf ediblər.
Teleqraf.com xəbər verir ki, Yer kürəsindən böyük, Neptundan isə kiçik kütləyə malik bu planetə OGLE-2018-BLG-0677 adı verilib.
Yeni planetin öz ulduzuna məsafəsi Veneranın Günəşə olan məsafəsindən uzaq, Yer kürəsindən yaxın olduğu bildirilir.
Məlumata görə, bu planetdə bir il 617 gün sürür.